S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu elan etdiyi tenderi yekunlaşdırıb.
İspan şirkəti 232 min müqabilində Agentliyə məsləhət verəcək - DETALLAR
FED.az xəbər verir ki, tender avtomobillərin satın alınması məqsədilə keçirilib.
Tenderin qalibi “Yenimotor” MMC (VÖEN: 1400531391) olub. Müqaviləyə əsasən, institut tərəfindən 3 ədəd pikap tipli avtomobilin satın alınması üçün şirkətə 187 200 manat ödəniləcək.
Qeyd edək ki, “Yenimotor” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Nəsirov Fikrət oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında yerləşir.