“Azərbaycan Hava Yolları” QSC açıq tender elan edir.
Bank VTB (Azərbaycan) ofis mebelləri alır - TENDER ELANI
FED.az xəbər verir ki, elanda Heydər Əliyev Beynəlxalq Aeroportu, 2 saylı terminalın 5-ci mərtəbəsi üçün ofis mebellərinin satın alınması nəzərdə tutulub.
Bu məqsədlə, “Azərbaycan Hava Yolları” QSC tərəfindən iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru elan edilir. Qeyd olunan prosedurdan müvəffəqiyyətlə keçən iştirakçılar açıq tender prosedurunda iştirak etmək hüququnu qazanaraq tenderin əsas şərtlər toplusunu əldə edə biləcəklər.
Heydər Əliyev Beynəlxalq Aeroportu, 2 saylı terminalının 5-ci mərtəbəsi üçün ofis mebellərinin satın alınması məqsədilə açıq tenderdə iştirak etmək niyyətində olan iştirakçılar uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru üçün [email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun sənədlər toplusunu əldə edə bilərlər.
Sənədlər iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun sənədlər toplusunda qeyd olunan qaydalara əsasən təqdim edilməlidir. Qeyd olunan qaydalara uyğun təqdim edilməyən sənədlər geri qaytarılacaqdır.
Prosedur sənədləri sənədlər toplusuna əsasən hazırlanaraq 23 avqust 2024-cü il, saat 17.00-a qədər [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.
Prosedur üzrə nümayəndənin əlaqə məlumatları: mütəxəssis – Nicat Cabbarlı, mobil: (+994) 55 296 76 07.