Dövlət Sosial Müdafiə Fondu “Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması” (3000 m2) üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə fevral ayının 9-da başlayıb. Tələb olunan sənədlər martın 2-dək, təkliflər isə martın 13-dək təqdim edilməlidir. Zərflər mart ayının 14-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1300050781
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80
Çatdırılma yeri : Bakı şəhəri
Çatdırılma müddəti: 2023-cü il
Qeyd: Tələb olunan ofis sahəsinin icarəsi 3000 m2 -dir. Yekun məbləğ təklif edilərkən 9 ay nəzərə alınmalıdır.