Dövlət Sosial Müdafiə Fondu "Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi Qaze Həsən qızı Həsənova (VÖEN: 1600110362) olub.
Bağlanmış müqavilənin dəyəri 417 150 manatdır.
Qeyd nəzərdə tutulan ofis sahəsi 3000 kvadrat metrdir.
Qeyd edək ki, həmin şəxs bundan əvvəl də quruma 556 200 manat dəyərində 3000 kvm. ofis sahəsi icarəyə verib. (15.03.2021)