Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Xidmətin Aparatı üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. Müsabiqə dekabr ayının 23-də başlayır.Tələb olunan sənədlər yanvarın 18-dək, təkliflər isə yanvarın 27-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 30-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700162531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal ray., M.Naxçıvani küç.25A
ÇATDIRILMA YERİ
Bakı şəhəri ,Yasamal rayonu,M.Naxçıvani 25 A
ÇATDIRILMA MÜDDƏTİ
2023
Qeyd: ofis sahənin icarəsi 1980 m2 6 ay müddətinə tələb olunur.
Satınalma müqaviləsi üzrə ödəmələr satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.