Dövlət Məşğulluq Agentliyi “Ofis sahəsinin icarəsinin satın alınması” (6500- 6750 kv.m üçün) üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə dekabr ayının 21-də başlayıb. Tələb olunan sənədlər yanvarın 17-dək, təkliflər isə yanvarın 26-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 27-də açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
İcarə müddəti: 12 ay
Ödəniş şərtləri: 30% avans