Dövlət Sosial Müdafiə Fondu “Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması” (3000m2) tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi fiziki şəxs Amil Qinyaz Oğlu Bayramov olub. Onunla 445 min 500 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bundan əvvəl də Dövlət Sosial Müdafiə Fondu ofis icarəsi (2285 m2) üçün həmin şəxslə 452 min 430 manatlıq müqavilə imzalayıb (04.03.2021).