İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki ölkənin şəhər və rayonlarında yerləşən mühafizəyə ehtiyacı olan dövlət müəssisə və obyektlərində 2024-cü il ərzində mühafizə xidməti” tenderinin nəticələrini elan edib.
Dövlət qurumundan “NOKA” MMC-yə 2,8 milyon manatlıq – SİFARİŞ
FED.az xəbər verir ki, tenderin qalibi “GESCO” ASC olub.
Şirkətlə 6 515 351 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki ölkənin şəhər və rayonlarında yerləşən ümumilikdə 311 dövlət müəssisə və obyektlərdə 624 (nəfər) mühafizəçi olmaqla 2024-cü il 12 ay ərzində 24 saat fasiləsiz xidmət satın alınacaq.