“Yeni Klinika” PHŞ “2023-cü ilin mühafizə xidməti” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə dekabr ayının 22-də başlayır. Tələb olunan sənədlər yanvarın 16-dək, təkliflər isə yanvarın 25-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 26-da açılacaq.
Satınalan təşkilatın ünvanı: H.Əliyev pr 142
Çatdırılma müddəti: Xidmətin göstərilməsi 2023-cü ildən etibarən nəzərdə tutulub. Qalib şirkət müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində xidməti göstərməyə başlamalı və 12 ay müddətində davam etməlidir.
Dövr: 01.01.2023-31.12.2023 Xidmət rəisi- 1 nəfər, Növbə rəisi- 3 nəfər, Mühafizəçi - 54, Mühafizəçi (qadın) - 6.