"Aqrolizinq" ASC mobil platformanın yaradılması tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Fondun qiymətli kağızlarla bağlı 200 milyonluq əməliyyatların - BU ŞİRKƏT APARACAQ
FED.az xəbər verir ki, tenderi qazanan şirkət "Innosol" MMC-dir.
"Aqrolizinq" aqrotexniki xidmətlərin onlayn rejimdə sifarişi və idarə edilməsinə imkan verən mobil platformanın hazırlanması üçün "Innosol" MMC ilə müqavilə imzalayıb.
Müqavilə əsasında "Aqrolizinq" "Innosol" şirkətinə məlumat bazasının yaradılması, mobil qısa nömrənin alınması, server və şəbəkə üzrə zəruri texniki işlər, layihə üzrə texniki tapşırığın hazırlanması, web səhifənin hazırlanması, mobil platformanın yazılması (Android), inteqrasiyanın aparılması (mexanizator reyesteri,İAMAS) və dizayn işlərinin görülməsi üçün 98 min 750 manat ödəyəcək.
Qeyd edək ki, "Innosol" MMC 1 iyul 2016-cı ildə 10 manat kapitalla qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Səbinə Həsənova Tərahim qızıdır.