Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi avtonəqliyyat vasitəsinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1007134701
Satınalan təşkilatın ünvanı: Bakı ş., Xətai ray., Mehdi Mehdizadə küçəsi 31
Müsabiqənin başlama tarixi və vaxtı: 17.05.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 08.06.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.06.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 20.06.2023 15:00
Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Tural Əlibəyli, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 0512404541
Şərtlər: Minik avtomobilli Avtomobilin tipi: Minivan Buraxılış ili: minimum 2022-ci il Yürüş: 0 km Mühərrik həcmi: minimum 1.4 lt Maksimal gücü: 80-110 a.g aralığında Sürət qutusu: Mexaniki sürət qutusu Rəng: Ağ, yaş asfalt Ötürücü: Ön Yanacaq növü: Benzin Qapı mexanizmi: Ön qapılar sadə açılma mexanizmli, arxa yan qapılar şüşəli və sürüşmə mexanizmi ilə açılan Oturacaq sayı: 5 ədəd Zəmanət müddəti: minimum 2 il Baqaj həcmi: min. 780 lt Yanacaq çəninin həcmi: min. 60 lt Təhlükəsizlik: Sürücü hava yastığı, ABS, mərkəzi kilid sistemi İnteryer: Oturacaqlar parça örtük ilə, kondisioner, qabaq elektrik şüşəqaldıranlar, tənzimlənən sükan (ayaqaltılar komplektasiyaya daxil olmalıdır) - 1 ədəd