Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən elan edilmiş tender ləğv edilib.
Sumqayıtda məktəb təmir ediləcək - 4,6 MİLYONLUQ TENDER ELANI
FED.az xəbər verir ki, mərkəz və ona tabe qurumların cari təmiri ilə bağlı elan edilən tenderin ləğv olunmasına səbəb satınalmanın maliyyələşdirilməsinin dayandırılması olub.
Tender müsabiqəsi 18 oktyabr 2024-cü il tarixində elan olunmuşdu və təkliflərin son təqdim olunma tarixi 15 noyabr 2024-cü il olaraq müəyyən edilmişdi. Eyni gün saat 13:00-da tender zərflərinin açılması nəzərdə tutulmuşdu. Layihənin ümumi ehtimal olunan dəyəri 160 min manat təşkil edirdi.
Satınalmalar üzrə qanunvericiliyə (36.1.6.) əsasən, maliyyələşdirmə dayandırıldığı üçün tender müsabiqəsinin davam etdirilməsi mümkün olmayıb.