Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti növbəti tenderin nəticəsini elan edib.
FED.az xəbər verir ki, “R-15 kanalının yenidən qurulması” (I mərhələ) ilə bağlı tenderin qalibi isə "Aztikintiservis" MMC seçilib.
Qalib şirkətlə 3 041 461 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Aztikintiservis" MMC daha öncə də Xaçmaz Suvarma Sistemləri İdarəsinin 154 237 manat dəyərindəki"Torpaq məcralı KH-19 kanalının (PK55+00 – PK75.24+00; L=2.024km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işinin davamının satın alınması" tenderi üzrə müqavilə bağlayıb (30.12.2022).