Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə informasiya sisteminin, proqram təminatının və xüsusi qaynar xəttin yaradılması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Aistgroup” MMC olub.
Qalib şirkətə 192 930 manat ödəniləcək.
Bu qiymətə daxildir hər birindən 1 ədəd olmaqla Vi-Fi cihazı, paltar dolabı 1200 x 600 x 2000 mm və işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" üzrə informasiya sistemi, 2 ədəd fiziki server, hər birindən 6 ədəd olmaqla UPS, kreslo, iş masası 2000 x 800 x 800 mm, operatorların sayına uyğun qulaqlıq mikrafonlu, operatorların sayına uyğun kompüter dəsti və operatorların sayına uyğun “ip” telefon aparatı, 5 ədəd təhlükəsizlik kameraları, 3 ədəd pəncərə pərdələri (jalüz) 4 m² və son olaraq 2 ədəd sənəd dolabı 1800 x 2000 x 600 mm.