Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, elanda Laçın şəhərinə 75 və Laçın rayonunun Sus kəndinə 150 məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 0 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300380311
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129
Müsabiqənin başlama tarixi və vaxtı: 26.09.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.10.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 12.10.2023 10:00
Ödəniş şərtləri : E-qaimə, təhvil-təslim aktı
Çatdırılma yeri : Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129, Laçın rayonu
Çatdırılma müddəti : İlin sonuna qədər
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması,məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisi bəyannaməsi
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış.
İxtisas göstəriciləri:
İddiaçının maliyyə vəziyyətinin uyğunluğu
İddiaçının müvafiq sahədə peşəkarlığı və təcrübəsinin uyğunluğu
Müqavilənin icrasına cəlb ediləcək peşəkar işçi heyətinin mövcudluğu
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Aytəkin Novruzlu , Baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 0125301943