“AzerGold” QSC QİYMƏT TƏKLİFİ SORĞUSUNA DƏVƏT EDİR:
FED.az xəbər verir ki, sorğuda cəmiyyətin müvafiq işçilərinin 360 dərəcə qiymətləndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – Tələb olunmur.
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Xidmətlərin siyahısı (Qiymət Cədvəli)
№ |
Xidmətin adı |
İştrakçı sayı |
Ölçü Vahidi |
Xüsusiyyətlər |
Vahidin qiyməti |
Ümumi qiymət |
1 |
360 dərəcə qiymətləndirmənin satınalması |
31 |
Nəfər |
Sorğunun keçirilməsində əsas məqsəd rəhbərlər (şöbə müdirləri, müşavirlər və İH sədr müavinləri) üçün inkişafetdirici mühit yaradaraq onların inkişaf sahəsini müəyyən etmək və növbəti mərhələdə daha da məhsuldar fəaliyyətini planlaşdırmaqdır. 360 dərəcə qiymətləndirmə sorğusunun təşkilinə dair iş həcmi aşağıdakı kimidir: Sorğuya dair tələblər: - Sorğu “AzerGold” QSC-nin korporativ dəyərlərinə (Ətraf mühit və sosial məsuliyyət, şəffaflıq, innovativlik, əməkdaşlıq, dürüstlük, dayanıqlıq) əsaslanaraq hazırlanmalıdır, ballıq qiymətləndirmə şkalası tətbiq edilməlidir və əlavə açıq sualdan da ibarət olmalıdır; - Sorğu Platforma üzərindən keçirilməlidir, sual toplusu tərtib edilməlidir, Cəmiyyətin dəyərlərinə aid suallar hazırlanmalıdır. - Sorğunun dili : Azərbaycan ve İngilis dili - Sorğu iştirakçılarının siyahısı HR tərəfindən Excel formada teqdim edilecek, məlumat, sorğunu təqdim edən şirkət tərəfinden sisteme yerlesdirilməlidir - Sorğuda iştirakı təsdiq edilmiş əməkdaşlar elektron poçt vasitəsilə dəvət linki almalıdırlar. - Sorğuda iştirak edən rəhbərlərə fərdi şəkildə hesabat təqdim edilməklə yanaşı onlar platfroma üzərindən fərdi inkişaf planı və özünüinkişaf üzrə fəaliyyət proqramları ilə təmin olunmalıdırlar. - Sorğu prosesi İRİ şöbəsinin nəzarəti altında seçiləcək şirkət tərəfindən anonimlik saxlanılmaqla aparılmalıdır. - Hər qiymətləndirilən əməkdaşa dair fərdi hesabat təqdim edilməlidir; - Sonda qiymətləndirmə nəticələrinə əsaslanaraq Cəmiyyət üzrə ümumiləşdirilmiş hesabat təqdim edilməlidir( inkişaf istiqamətləri,güclü tərəfləri və s. Tövsiyyələr Qeyd edilsin) - Sorğunun işə düşməsinnən öncə İRİ şöbəsinə və qiymətləndiriləcək əməkdaşlara sorğu ilə bağlı təlim keçirilməlidir
Şirkətə dair tələblər: - 360 dərəcə qiymətləndirmə proseslərində təcrübəsi və ixtisaslaşması olmalıdır. - Şirkətin, müxtəlif sektorlardan və müxtəlif ölçülərdən müəssisələrlə işləmiş olması və yaxşı bir track record'a (iş tarixinə) sahib olması önəmlidir. - İxtisaslaşmış və təcrübəli məsləhətçilərin və qiymətləndirmə mütəxəssislərinin olması. - Müxtəlif sektor və iş modelləri üçün bu cür qiymətləndirmələri icra etmiş olmaları - Müştərinin özəl ehtiyaclarına uyğun qiymətləndirmə alətləri və prosesləri təklif etməlidirlər - Şirkətin korporativ mədəniyyətə və məqsədlərə uyğun özelleştirilmiş qiymətləndirmə modelləri hazırlamalıdırlar - Qiymətləndirmə prosesindən sonra detallı geribildirim və analiz təqdim etməli. - Cəmiyyətə qiymətləndirmə nəticələrini ən effektiv şəkildə necə istifadə edəcəkləri mövzusunda dəstək verməli(texniki destek daxil) - Yeni və qənaətbəxş online qiymətləndirmə platformaları və anketlər təqdim etməlidir. - Müştəri sorğularına və təkliflərinə sürətli və effektiv cavab verebilmeli. - Müştəri ilə mütəmadi əlaqədə olmalı və proses boyunca şəffaflığı təmin etmeli. - Qiymətləndirmə alətlərinin və metodologiyalarının etibarlı və valid (geçərli) olması. - Sorgu butene qeder status hesabatlarının teqdim edilmesi
Anketin, sorğu suallarının hazırlanması:
- Qiymətləndirmə üçün anketlərin düzgün hazırlanması, sualların açıq və anlaşılan olması, mövzu dairəsinin geniş və əhatəli olması. - Özəl kompetensiyalara, şirkət dəyərlərinə və iş məqsədlərinə uyğun sualların olması. - Geribildirimlər dəstəkleyici və inkişaf üçün faydalı bir şəkildə təqdim edilməlidir. - Şəxsi inkişaf planlarının hazırlanmasında geribildirimlərdən istifadə edilməlidir. - Geribildirimlər əsasında hər əməkdaşa özəl inkişaf planları hazırlanmalıdır - Şirkətin mədəniyyəti və dəyərləri ilə uyğun bir qiymətləndirmə prosesi tərtib edilməlidir. Qiymət təklifi verilərkən aşağıdakı nüanslar diqqətə alınmalıdır: - Icra tarixi: İcraçı Xidmətləri Müqavilə imzalandıqdan sonra 3 (üç) ay ərzində icra edərək qiymət cədvəlinin bütün bəndləri üzrə xidmətlərin görülməsini təmin edir - Təhvil – təslim qaydası : - İşlərin görülmə qaydası: - Ödəniş qaydası: Satınalma müqaviləsi üzrə avans nəzərdə tutulmayıb. Müqavilə üzrə ödəmələr nağdsız qaydada, qiymət cədvəlinin bütün bəndləri üzrə işlər icra olunduqdan sonra İcraçının təqdim etdiyi sənədlər (elektron qaimə(lər), hesab-faktura(lar)) əsasında, ən qısa müddət ərzində, lakin həmin sənədlər təqdim edildikdə sonra 15 bank günündən gec olmamaq şərti ilə İcraçının bu Müqavilədə və ya fərqli olduğu təqdirdə hesabın İcraçıya aid olmasını təsdiq edən bank sənədi əsasında hesab-fakturada göstərilən bank hesabına ödəniləcəkdir.
|
|
|
Cəmi: |
|
|||||
ƏDV 18%: |
|
|||||
Yekun: |
|
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 9 yanvar 2024-cü il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Satınalma prossesində iştirak etmək üçün malgöndərənlərin ixtisas göstəricilərinə dair aşağıdakı tələblər müəyyən edilir:
- Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
- Bu QTS-in şərtlərinin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
- Bu QTS-in şərtlərinin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.)
- Azərbaycan Respublikasında vergilərə və məcburi dövlət sosial sığorta haqlarına dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin (borcun) olmaması haqqında müvafiq vergi orqanından arayış– arayış təklifin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 9 yanvar 2024-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.