Heydər Əliyev Mərkəzi texniki və nəzarətçi işçiləri üçün iş geyimlərinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1502122311
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Heydər Əliyev prospekti 1, AZ1033
Müsabiqənin başlama tarixi və vaxtı: 20.07.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.08.2023 12:15
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 21.08.2023 12:15
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı AZ 1033, Heydər Əliyev prospekti 1
Çatdırılma müddəti - 12 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fәaliyyәti haqqında vergi orqanları tәrәfindәn tәsdiq olunmuş maliyyә hesabatının surәti
Maliyyә vәziyyәti haqqında bank arayışı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Babaxan Qasımlı, Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994 12 505 60 01
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Texniki işçilər üçün şalvar |
Parça: Rip Stop - poliester pambıq 250 qkm. Qoşa tikişlə. 2 ədəd düymə ilə bağlanan üzərində bükük olan qapaqlı arxa cib, 2 ədəd düymə ilə bağlanan üzərində bükük olan qapaqlı yan cib, düymə ilə bağlanan kəmər, dizlərdə üstdən tikilmə gücləndirici qat, ayaq arası klin, 5 ədəd kəmər körpüsü, yan tərəfləri elastik olan kəmər, zəncirbəndli qulfik. Ölçülər: 1 ədəd - 44 11 ədəd - 46 11 ədəd - 48 4 ədəd - 50 10 ədəd - 52 1 ədəd - 54 1 ədəd - 58 |
39 |
ədəd |
2 |
Nəzarətçi işçilər üçün şalvar |
Parça: Rip Stop - poliester pambıq 250 qkm. Qoşa tikişlə. 2 ədəd düymə ilə bağlanan üzərində bükük olan qapaqlı arxa cib, 2 ədəd düymə ilə bağlanan üzərində bükük olan qapaqlı yan cib, düymə ilə bağlanan kəmər, dizlərdə üstdən tikilmə gücləndirici qat, ayaq arası klin, 5 ədəd kəmər körpüsü, yan tərəfləri elastik olan kəmər, zəncirbəndli qulfik. Ölçülər: 14 ədəd - 48 14 ədəd - 50 18 ədəd - 52 14 ədəd - 54 2 ədəd - 56 2 ədəd - 58 |
64 |
ədəd |
3 |
Nəzarətçi işçilər üçün şalvar |
Parça: Rip Stop - poliester pambıq 220 qkm. Qoşa tikişlə. 2 ədəd düymə ilə bağlanan üzərində bükük olan qapaqlı arxa cib, 2 ədəd düymə ilə bağlanan üzərində bükük olan qapaqlı yan cib, düymə ilə bağlanan kəmər, dizlərdə üstdən tikilmə gücləndirici qat, ayaq arası klin, 5 ədəd kəmər körpüsü, yan tərəfləri elastik olan kəmər, zəncirbəndli qulfik. Ölçülər: 14 ədəd - 48 14 ədəd - 50 18 ədəd - 52 14 ədəd - 54 2 ədəd - 56 2 ədəd - 58 |
64 |
ədəd |
4 |
Texniki işçilər üçün qısaqol köynək |
Parça: 170-180 qkm trikotaj 100 % pike pambıq, 36/1. OEKO TEX STANDART 100. Köynək: Reaktiv düz boya ilə trikotaj pike pambıq parçadan hazırlanmış qısaqol, trikotaj yaxalıqlı (30/1 ring combed compact.), ön yarım kəsik plankası 3 düymə ilə bağlanan köynək. Köynək rəngi dayanıqlı olmalı, formasını uzunmüddətli qorumalıdır. Sinə sol və bel hissədə sapla toxunma təşkilatın loqosu yerləşdirilməlidir. Ölçülər: 2 ədəd - S 36 ədəd - M 8 ədəd - L 10 ədəd - XL 18 ədəd - XXL 4 ədəd - XXXL |
78 |
ədəd |
5 |
Texniki işçilər üçün uzunqol köynək |
Parça iki ipli 280 qr 100 % penye pambıq tərkibli, reaktiv boya ilə boyanmış. Qol hissə manjetli. Köynək rəngi dayanıqlı olmalı, formasını uzunmüddətli qorumalıdır. Sol sinə və kürək hissəsində sapla toxunma təşkilatın loqosu yerləşdirilməlidir. Ölçülər: 2 ədəd - S 36 ədəd - M 8 ədəd - L 10 ədəd - XL 18 ədəd - XXL 4 ədəd - XXXL |
78 |
ədəd |
6 |
Nəzarətçi işçilər üçün uzunqol köynək |
Sıx toxunuşlu pambıq parça, 2 ədəd düymə ilə bağlanan bükük olan qapaqlı döş cibi, rezinli bel manjeti, sinə sol və sol qol hissədə sapla toxunma təşkilatın loqosu yerləşdirilməlidir. Ölçülər: 2 ədəd - S 4 ədəd - M 6 ədəd - L 8 ədəd - XXL 8 ədəd - XXXL 2 ədəd - XXXL 2 ədəd - 41 10 ədəd - 42 4 ədəd - 43 2 ədəd - 44 4 ədəd - 39/40 6 ədəd - 41/42 4 ədəd - 43/44 2 ədəd - 45/46 |
64 |
ədəd |
7 |
Nəzarətçi işçilər üçün qısaqol köynək |
Sıx toxunuşlu pambıq parça, 2 ədəd düymə ilə bağlanan bükük olan qapaqlı döş cibi, rezinli bel manjeti, sinə sol və sol qol hissədə sapla toxunma təşkilatın loqosu yerləşdirilməlidir. Ölçülər: 2 ədəd - S 4 ədəd - M 6 ədəd - L 8 ədəd - XXL 8 ədəd - XXXL 2 ədəd - XXXL 2 ədəd - 41 10 ədəd - 42 4 ədəd - 43 2 ədəd - 44 4 ədəd - 39/40 6 ədəd - 41/42 4 ədəd - 43/44 2 ədəd - 45/46 |
64 |
ədəd |
8 |
Texniki işçilər üçün qısaqol jilet |
Parça: Rip Stop - poliester pambıq 250 qkm. Qısaqol jilet: Qoşa tikişlə. İç hissə 240 qkm sintefon astarlı, 2 ədəd zəncirbənd ilə bağlanan döş cibi, sənədlər üçün zəncirbəndli iç ciblər, zəncirbəndlə bağlanan ön tərəf, plankalı, sinə sol və bel hissədə sapla toxunma təşkilatın loqosu yerləşdirilməlidir. Ölçülər: 1 ədəd - 44 15 ədəd - 46 4 ədəd - 48 3 ədəd - 50 9 ədəd - 52 4 ədəd - 54 1 ədəd - 56 2 ədəd - 58 |
39 |
ədəd |
9 |
Texniki işçilər üçün ayaqqabı |
Uzunboğaz dəri çəkmə (EN 20345:2011), su keçirməyən 100% üstü dəri. Zərbəni zəiflədən daban, antistatik dayanıqlıq, deşilməyə və sürüşməyə davamlı altlıq, dəyişə bilən ayaqqabı içliyi. Ölçülər: 1 ədəd - 39 2 ədəd - 40 9 ədəd - 41 11 ədəd - 42 3 ədəd - 41-42 6 ədəd - 43 2 ədəd - 42-43 4 ədəd - 44 1 ədəd - 45 |
39 |
cüt |
10 |
Nəzarətçi işçilər üçün ayaqqabı |
Uzunboğaz dəri çəkmə (EN 20345:2011), su keçirməyən 100% üstü dəri. Zərbəni zəiflədən daban, antistatik dayanıqlıq, deşilməyə və sürüşməyə davamlı altlıq, dəyişə bilən ayaqqabı içliyi. Ölçülər: 10 ədəd - 40 14 ədəd - 41 20 ədəd - 42 16 ədəd - 43 2 ədəd - 44 2 ədəd - 45 |
64 |
cüt |
11 |
Nəzarətçi işçilər üçün pencək |
Parça: Rip Stop - poliester pambıq 250 qkm. Gödəkçə (pencək): Qoşa tikişlə, iç hissə lazer astarlı, 2 ədəd düymə ilə bağlanan bükük olan qapaqlı döş cibi, sənədlər üçün zəncirbəndli iç ciblər, gizli düymələrlə bağlanan ön tərəf, düyməli manjet, dirsəklərdə üstdən tikilmə gücləndirici qat. Sağ qolda klapanlı köməkçi cib, sinə sol və sol qol hissədə sapla toxunma təşkilatın loqosu yerləşdirilmlidir. Ölçülər: 3 ədəd - 46 10 ədəd - 48 3 ədəd - 50 9 ədəd - 52 4 ədəd - 54 1 ədəd - 56 1 ədəd - 58 |
32 |
ədəd |
12 |
Nəzarətçi və texniki işçilər üçün gödəkçə (qış) |
Parça: 100% polyester, sukeçirəyən. Astar: 100% poliester sıx sırınmış 240 qr isidici astarlı. Gödəkçə iki ədəd klapanlı sinə cib, yan və daxili (zəncirbəndli) ciblərdən ibarətdir. Ön tərəfdə lipuçka ilə bağlanan üst planka və iki istiqamətli zəncirbənd, fiksatorla sıxıla bilən bel hissə. Gödəkçə qalın astarlı kapişon (ipli), gizli trikotaj manjet və boyun hissəsi flus olan yaxalıqla olmalıdır. Ciblik parçası üst keyfiyyətli, sol sinə və sol qol hissəsində təşkilatın loqosu yerləşdirilməlidir. Ölçülər: 1 ədəd - 44 16 ədəd - 46 9 ədəd - 48 8 ədəd - 50 20 ədəd - 52 8 ədəd - 54 4 ədəd - 56 3 ədəd - 58 2 ədəd - M |
71 |
ədəd |
13 |
Nəzarətçi işçilər üçün sviter |
Yun poliester qarışıq toxunma trikotaj parça ilə, çiyin və dirsək hissə əlavə qat parça ilə. Sol sinə və sol qol hissəsində təşkilatın loqosu yerləşdirilməlidir. Ölçülər: 4 ədəd - M 4 ədəd - XL 1 ədəd - XXL 2 ədəd - S 9 ədəd - L 1 ədəd - 44 2 ədəd - 48 2 ədəd - 50 3 ədəd - 52 3 ədəd - 54 1 ədəd - 56 |
32 |
ədəd |
14 |
Qış papağı |
Yun poliester, qarışıq toxunma trikotaj parça |
32 |
ədəd |
15 |
Əlcək |
Yun poliester, qarışıq toxunma trikotaj parça |
32 |
cüt |
16 |
Şərf |
Yun poliester, qarışıq toxunma trikotaj parça |
32 |
ədəd |
17 |
Qalstuk |
Mikrofibra parça |
32 |
ədəd |