Heydər Əliyev Mərkəzi iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Heydər Əliyev Mərkəzində istismar olunan yanğın təhlükəsizliyi cihaz və avadanlıqlarına il ərzində göstərilən texniki xidmətlərin, eləcə də müxtəlif ehtiyat hissələrinin satınalınması" tenderinin qalibi "Fire Safety Caspian Azerbaijan" MMC (VÖEN: 1404207591) olub. Şirkətlə 133 238 manat məbləğində müqavilə imzalanıb.
"Heydər Əliyev Mərkəzində istismar olunan su qızdırıcılarına və nasoslara il ərzində göstərilən texniki xidmətlərin, eləcə də müxtəlif avadanlıqların və ehtiyyat hissələrinin satınalınması" tenderinin qalibi "Buxar Mühəndislik" MMC (VÖEN: 1500166621) olub. Şirkətlə 36 745 manat məbləğində müqavilə imzalanıb.