Dövlət Neft Fondu təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğu elanı xüsusi təyinatlı işçi geyim formalarının satın alınması ilə bağlıdır.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: +994125658755
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 05.04.2023 09:50
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 19.04.2023 18:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.