“Azərxalça” ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda ipək xammalının satın alınması nəzərdə tutulur. Bura aiddir 750 kg əriş ipi, 3 500 kg xov ipi və 360 kg arğac.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1503323631
Satınalan təşkilatın ünvanı: Şumqayıt ş. Kimyaçılar küçəsi, ev1 AZ5002
Müsabiqənin başlama tarixi və vaxtı: 13.12.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
07.01.2024 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.01.2024 18:00
Zərflərin açılış tarixi və vaxtı: 16.01.2024 09:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödənişlər mallar/xidmətlər Sifarişçiyə təhvil verildikcə, İcraçının təqdim etdiyi sənədlər (elektron-qaimələr, təhvil-təslim aktları və hesab-faktura) əsasında ödəniləcəkdir
Çatdırılma yeri: Sumqayıt ş., Kimyaçılar küç. 1
Çatdırılma müddəti : 30 təqvim günü
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Asif Əliyev, Satınalma üzrə baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu : 0125851333