“Caspel” MMC İqtisadiyyat Nazirliyinin iki informasiya sistemi layihəsini həyata keçirəcək.
Bu şirkət tibbi qurumu 15 milyon manatlıq dərmanlarla təmin etdi
FED.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi tərəfindən informasiya texnologiyaları sahəsində keçirilən iki tenderə yekun vurulub. Hər iki satınalma müsabiqəsinin qalibi “Caspel” MMC olub.
İlk tender çərçivəsində “İnsan resurslarının idarə edilməsi” informasiya sisteminin texniki dəstəklənməsi və funksionallığın inkişaf etdirilməsi xidmətləri üzrə satınalma həyata keçirilib. Bu layihənin dəyəri 189.413,6 AZN təşkil edir.
İkinci və daha irihəcmli tender isə “Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi”nin yaradılması və əlaqədar xidmətlərin göstərilməsini əhatə edir. Bu istiqamətdə bağlanmış müqavilənin ümumi məbləği 2.448.500 AZN olub.
Beləliklə, “Caspel” MMC hər iki layihə üzrə ümumilikdə 2.637.913,6 AZN dəyərində texnoloji xidmətləri həyata keçirməyi öhdəsinə götürüb. Layihələrin məqsədi dövlət idarəçiliyində rəqəmsallaşmanı gücləndirmək, insan resursları və investisiya proseslərinin daha effektiv şəkildə idarə olunmasını təmin etməkdir.
Qeyd edək ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 146 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.