Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Ayna informasiya sisteminin yaradılması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Az Softvare System" MMC olub.
Şirkətlə 6 783 950 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıdaki işlərin görülməsi nəzərdə tutulub :
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılmasını təmin edən altsistemin yaradılması
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı"nın verilməsi ilə bağlı elektron sistemin yaradılması;
Rəqəmsal taxoqraf kartının verilməsi üçün müraciətin qəbulu elektron xidmətinin, emalatxanaların və taxoqraf kartlarının reyestrinin yaradılması
İriqabaritli və/və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı elektron xidmətin yaradılması
Məlumatların toplanılmasını, emalını və saxlanılmasını, müraciətlərə baxılmanı və onların cavablandırılmasını, daxil edilmiş sənədlərin surətlərinin avtomatik oxunmasını təmin edən “iş axınının idarə olunması” altsisteminin yaradılması
Elektron bildirişlər göndərilməsini və göndərilən bildirişlərin qeydiyyatının aparılmasını təmin edən “məlumatlandırma” altsistemi
Sərnişin və yük daşımaları yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən "daşıyıcılar" altsisteminin yaradılması
Digər dövlət orqanlarının sistemləri ilə inteqrasiya üçün inteqrasiya şininin yaradılması
Avtovaǧzallara pasport verilməsi elektron xidmətin və avtovağzalların qeydiyyatı sisteminin yaradılması
İcazə blanklarının sifarişi sisteminin yaradılması
Xüsusi hazırlığa dair şəhadətnamələr altsisteminin yaradılıması
Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları üçün formulyarın elektron qaydada tərtib edilməsini təmin edən altsistemin yaradılması
Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən sistemin qurulması