Ekologiya və Təbii Sərvətlər Nazirliyi « Zəyəmçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Hydro-Geo Environnement Group” MMC olub. Şirkətlə 1 milyon 416 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl nazirliyin 650 min 002 manat dəyərindəki “Zəngilan rayonu (Şərqi Zəngəzur iqtisadi rayonu) ərazisində geoekoloji və hidrogeoloji şəraitin öyrənilməsi layihəsinin 2022-ci il üzrə çöl geoloji işlərinin satın alınması” (18.11.2021) tenderini qazanıb