Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən təşkil olunan illik audit xidmətlərinin satın alınması üzrə tender müsabiqəsi yekunlaşıb.
“Aqrar Tədarük və Təchizat” sığorta xidmətləri aldı - QALİB ŞİRKƏT, MƏBLƏĞ
FED.az xəbər verir ki, müsabiqənin qalibi “RSM Azerbaijan” MMC olub.
Müqavilənin ümumi dəyəri 17.700 manat təşkil edir. “RSM Azerbaijan” şirkəti bu məbləğ qarşılığında Milli Depozit Mərkəzinin 2024-cü il üzrə maliyyə hesabatlarının auditini aparacaq, həmçinin aidiyyəti normativ tələblərə uyğun olaraq audit rəyi təqdim edəcək.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








