Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi Publik Hüquqi Şəxs ofis icarəsinin satın alınması məqsədilə açıq tender elan edir.
Eləcə də bax: Azərbaycanda dövlət qurumundan - ÜÇGÜNLÜK TENDER ELANI
FED.az xəbər verir ki, tender 1 lot üzrə keçirilir. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Tenderdə iştirak haqqı 200 manatdır.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 ünvandan təhvil ala bilərlər.
Dövlət qurumu icarəyə ofis axtarır - TENDER
09:44
10 İyun 2019