"Azərbaycan Investisiya Şirkəti" ASC Hacıqabul Sənaye Məhəlləsi üçün mühafizə xidmətinin alınması üçün kotirovka sorğusu elan edib. FED.az xəbər verir ki, may ayının 29-da dövlət satınalmalarının rəsmi saytında - tender.gov.az-da yerləşdirilən elanda deyilir:
Eləcə də bax: İlin əvvəlindən 18 milyon manatlıq tender – QAZANAN ŞİRKƏT
Satınalan təşkilat: "AZƏRBAYCAN İNVESTİSİYA ŞİRKƏTİ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
Kotirovka sorğusu haqqında:
"AZƏRBAYCAN İNVESTİSİYA ŞİRKƏTİ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ, Hacıqabul Sənaye Məhəlləsi üçün mühafizə xidməti kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 994124888010 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 31.05.2019 17:00 tarixinədək qəbul olunur
Ünvan:
AZ1025, Xocalı prospekti, 37 (“Demirchi Tower”, 20-ci mərtəbə)
İlk baxışdan hər şey qaydasında olsa da, diqqətlə baxanda məlum olur ki, tenderə (kotirovka) sorcusuna hazırlaşmaq üçün iştirakçılara cəmi üç gün vaxt verilib. Belə ki, kotirovka sorğusunun elanı mayın 29-da elan edilib.
"Azərbaycan Investisiya Şirkəti"ndən FED.az-a bildiririlib ki, kotirovka sorğularının 3-4 gün ərzində tamamlanması adi haldır. Qurumun hüquqşünası Asim Hüseünov bildirib ki, satınalmalar haqqında qanunda bununla bağlı bir hədd (yəni kotirovka sorğusunun elanı onun tamamlanmasından azı neçə gün əvvəl yayımlanmalıdır – FED.az) nəzərdə tutulmadığına görə, bu yanaşma tamamilə qanunidir.
Qeyd edək ki, adı çəkilən qanunda tender elanları üçün belə tələb var – tələbə görə tender elanı onun bitməsinə azı 1 ay qalmış açıqlanmalıdır. Kotirovka sorğusunda isə belə müddət nəzərdə tutulmadığından bəzi dövlət qurumları bu boşluqdan sui-istifadə edərək potensial iştirakçılara qeyri-bərabər şərait yaradırlar.