Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi fond üçün 4 ədəd yolsuzluq tipli xidməti minik avtomobilinin satın alınması üzrə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Yenimotor” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin ümumi məbləği 227 min 120 manat təşkil edir. Bu da 1 avtomobilin orta qiymətinin 56 min 780 manat olması deməkdir.Ehtimal olunan qiymət isə 237 min manatdır.
Avtomobillər üçün verilən tələblər:
Texniki göstəricilər: İstehsal ili – 2024-2025-ci illər ( yeni zavod istehsalı);
Ölçülər (minimum): 5000 x 1800 x 1600 mm,Yük hissəsi : (minimum) 1500 x 1500 x 525 mm, Klirens: (minimum) 220 mm; Şin ölçüsü: en 200–210 mm,
disk diametri R15–R17;
Çəki (minimum) 1800 kq, Yük qaldırma : (minimum) 800 kq,
Mühərrik həcmi: (minimum) 2400 sm³;
Silindr sayı: (minimum) 4; Maksimal güc: ( minimum) 140 at gücü;
Yanacaq növü: dizel və ya ekvivalenti; Kuzov tipi: yük hissəli və ya ekvivalenti (hardtop tipli və ya xüsusi örtüklə örtülmüş model təklifi keçərlidir);
Sərnişin sayı: (minimum) 5 nəfər; Yanacaq çəninin həcmi: (minimum) 70 litr;
Transmissiya: 5–6 pilləli manual transmissiya və ya ekvivalenti;
Ön asqı : Double wishbone with coil spring və ya ekvivalenti;
Arxa asqı : Elliptic leaf spring və ya ekvivalenti; Əyləclər (ön/ arxa) ventilyasiyalı / baraban və ya ekvivalentləri; Təhlükəsizlik sistemləri: (minimum) ABS sisteminə malik, elektron əyləc qüvvəsinin paylanması (EBD), Aktiv Sabitlik Nəzarəti (ASC), Təpəyə Yüksəlmə Yardımı (HSA), Yük Sabitlik Yardımı (TSA), Təcili Dayanma Siqnalı Sistemi (ESS), Tormoz Yardım Sistemi, İmmobilayzer və ya ekvivalentləri, maililik və çıxışa görə tənzimlənən sükan,
Kilid sistemi : Mərkəzi qapı kilidləmə sistemi, Uşaq təhlükəsizlik kilidi və ya ekvivalentləri, təhlükəsizlik yastıqları (sürücü və ön sərnişin), üçnöqtəli təhlükəsizlik kəmərləri, mexaniki kondisioner, arxa güzgü, ön və arxa duman faraları, Arxa stop fənərləri, yan güzgülərin idarə olunması;
Qabaq və arxa parkinq sensorları.
Qeyd edək ki, "Yenimotor" MMC daha öncə də fonddan 56 min 100 manat dəyərində Fond üçün 1 ədəd sedan tipli xidməti minik avtomobilinin satın alınması tenderi üzrə qalib olub.
Qeyd edək ki, 100 manat nizamnamə kapitalına malik olan şirkət 22 mart 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ziya Nəsirov Fikrət oğludur. Hüquqi ünvanı AZ0100, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, BAKI-SUMQAYIT ŞOSSESİ ünvanıdır.













