Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edir.
Dövlət qurumu Xocavənddə söküntü işləri alır -TENDER ELANI
FED.az xəbər verir ki, elanda Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 3201635961
Satınalan təşkilatın ünvanı : Ağdam şəhəri
Müsabiqənin başlama tarixi və vaxtı: 13.10.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.11.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 16.11.2023 17:00
Ödəniş şərtləri : Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.Avans müqavilə məbləğinin 30% həcmində nəzərdə tutulur.
Çatdırılma yeri : Xocavənd rayonu, Hadrut kəndi
Çatdırılma müddəti : 60 təqvim günü
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat
İxtisas göstəriciləri:
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı
İddiaçının əsas işçi heyəti barədə məlumat
İddiaçının maddi-texniki bazası barədə məlumat
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində tikinti quraşdırma işləri üzrə ən azı 6 milyon AZN dövriyyə tələb olunur
Baş podratçı və ya subpodratçı kimi beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 4 (dörd) milyon AZN-dən az olmayan, müraciət edənin hissəsi isə ən azı 2 (iki) milyon AZN olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü olaraq icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir.
İddiaçı sərbəst maliyyə imkanlarına (ən azı 1 milyon AZN) malik olması (təsdiq edici sənədlər təqdim olunmalıdır: sərbəst maliyyə resursları və ya bankın zamin olduğu kredit məbləği)
İddiaçının əleyhinə məhkəmə çəkişmələri və icra qərarları İddiaçının xalis kapital dəyərinin əlli faizindən (50%) artıq olmamalıdır.
Kənar audit tərəfindən tərtib edilmiş son bir ildəki maliyyə hesabatı təqdim edilməlidir; ( mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Yusif İbrahimli , Satınalma üzrə baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 051-225-69-19
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Baş plan-Söküntü işləri |
Söküntü işləri ( Detallı iş həcmləri əlavədəki faylda öz əksini tapmışdır) |
1 |
ədəd |
2 |
Baş plan-Şaquli planlaşdırma |
Şaquli planlaşdırma işləri ( Detallı iş həcmləri əlavədəki faylda öz əksini tapmışdır) |
1 |
ədəd |
3 |
Müvəqqəti binalar və qurğular - 0,6%: (Yalnız tikinti-quraşdırma işlərinə) |
Tələb olunan |
1 |
ədəd |
4 |
Qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclər (0,4*0,8=0,32%) (Yalnız tikinti-quraşdırma işlərinə) |
Tələb olunan |
1 |
ədəd |
5 |
Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait ( 1%): |
Tələb olunan |
1 |
ədəd |