Dövlət Ehtiyatları Agentliyi açıq tender elan edir.
Dövlət qurumu Xocavənddə söküntü işləri alır -TENDER ELANI
FED.az xəbər verir ki, elanda ADEA-nın Səngəçal və Gəncə filiallarının taxıl elevatorlarının istismar müddətinin uzadılması və istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədilə əsaslı təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i : 1505806771
Satınalan təşkilatın ünvanı : Azərbaycan, Bakı ş, Heydər Əliyev pr. 152, AZ1029 Chinar Plaza Biznes Mərkəzi, 23-cü mərtəbə
Müsabiqənin başlama tarixi və vaxtı: 13.10.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.11.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.11.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 20.11.2023 12:00
Ödəniş şərtləri : ƏŞT-yə uyğun olaraq
Çatdırılma yeri : ƏŞT-yə uyğun olaraq
Çatdırılma müddəti : ƏŞT-yə uyğun olaraq
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçının 2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İxtisas göstəriciləri:
Satınalma predmeti çəçivəsində tələb olunan işlərin həyata keçirilməsi üçün müvafiq dövlət orqanları tərəfindən təqdim edilən lisenziyası olmalıdır;
Satınalma predmeti üzrə işləri təqdim etmək üçün zəruri olan maddi-texniki bazaya sahib olmalıdır;
Satınalma predmeti üzrə işlərin icrası üçün zəruri sayda (sayları göstərilməklə) peşəkar müttəxəsis heyətinə malik olmalıdır; (əmək müqaviləsi ilə əsas iş yeri olaraq çalışan Azərbaycan Respublikasının vətəndaşı olan (e-gov.az hökümət portalından arayış), əmək müqaviləsinin bildirişinin surəti və müvafiq sertifikatların surəti təqdim edilməlidir)
Satınalma predmeti üzrə analoji işlərdə minimum 1 (bir) il və daha çox təcrübəsi olmalıdır;
Analoji fəaliyyətlə əlaqədar olaraq tövsiyyə məktubları təqdim olunmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Səkinə Şahbazi , Böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 994122100195 (Daxili 2285)