Təcili Yardım Avtobazası açıq tender elan edir.
İcbari Tibbi Sığorta Agentliyinin 120 min manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, elanda "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" və "Volkswagen Crafter" markalı təcili yardım avtomaşınlarının əsaslı təmiri üçün ehtiyat hissələrinin satınalınması nəzərdə tutulur .
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1500247381
Satınalan təşkilatın ünvanı : Bakı şəh. N.Quliyev küç.5
Müsabiqənin başlama tarixi və vaxtı : 08.09.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 02.10.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 10.10.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı : 11.10.2023 12:00
Ödəniş şərtləri : 15 gün ərzində
Çatdırılma yeri : Bakı şəh.N.Quliyev küç.5
Çatdırılma müddəti : 2023-cü il ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İxtisas göstəriciləri:
Ehtiyat hissələrinin satışı üzrə iş təcrübəsi haqqında yazılı məlumat.
Təklif olunan ehtiyat hissələrinin mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Azad Cəfərli , Baş mühəndis
Email: [email protected]
Əlaqə telefonu: 012-541-54-80