Azərbaycan Tibb Universiteti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “ATU – nun Onkoloji Kilinikası üçün dərman və sarğı ləvazimatlarının satınalınması” nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1400457111
Satınalan təşkilatın ünvanı : Bakı ş. Nəsimi r. Ə. Qasımzadə 14
Müsabiqənin başlama tarixi və vaxtı : 13.09.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 03.10.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 11.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı : 12.10.2023 12:00
Ödəniş şərtləri : 30%
Çatdırılma yeri : Bakı şəhəri Ənvər Qasımzadə 14
Çatdırılma müddəti : Dekabr 2023
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçının tərəfindən verilmiş lisenziya- əlavəsi ilə birlikdə.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İxtisas göstəriciləri: Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İsmayılova Asya , provizor
Email: [email protected]
Əlaqə telefonu: 0555148781