Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində "Park-Xiyaban" İstismar Və Mühafizə İdarəsi “Dəftərxana və Təsərrüfat xərcləri ” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "İNTELLEKT M.A" MMC olub. Şirkətlə 33 min manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsi 25 min 100 manat dəyərindəki “Dəftərxana, təsərrüfat malları, printer üçün kartriclərin satınalınması” tenderini (05.11.2022) və "Azəristiliktəchizat" ASC-nin 16 min 396 manat dəyərindəki “İstehsalat zəruriyyəti ilə əlaqədar olaraq dəftərxana və təsərrüfat mallarının satınalınması” (05.11.2022) tenderlərini qazanıb.