Qax Rayon Mərkəzi Xəstəxanası “Tikili və avadanlıqların cari təmir xərcləri-(Qax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin korpuslarında və həyətyanı sahədə cari təmir işləri)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Var Construction" MMC olub. Şirkətlə 71 min 749 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Səhiyyə Nazirliyinin Təcili Və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 23 min 216 manat dəyərindəki “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının inzibati binasının cari təmirinin satın alınması” tenderini (21.10.2022) qazanıb.