İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mülkiyyətində olan Bakı və Mingəçevir şəhərlərində yerləşən Məlumat Mərkəzlərin 1 (bir) illik könüllü sığortası xidmətinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi « PAŞA SIĞORTA» ASC şirkəti olub. Şirkətlə 8 min 489 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də "Aqrar Tədarük Və Təchizat" Acıq Səhmdar Cəmiyyətinin 26 min 680 manat dəyərindəki “Minik və yük avtomobillərinin tam (Kasko) sığorta olunması xidmətinin satın alınması” (01.04.2022) tenderini qazanıb.