FHN-in Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının tikintisi üzrə tenderin qalibi açıqlanıb.
FED.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən keçirilmiş tenderin predmeti – FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi olub.
Tenderin qalibi “FİM Group” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.
Qalib şirkətə görüləcək işlərə görə 3 milyon 595 min 607,64 manat ödəniləcək. Ehtimal olunan qiymət isə 3 milyon 659 min 855,12 manat idi.
Şirkət daha öncə qurumun 2 milyon 439 min 616,19 manatlıq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin tikintisi tenderinin qalibi olub
Qeyd edək ki, “Fim Group” MMC-nin nizamnamə kapitalı 20 AZN təşkil edir və qanuni təmsilçisi Fuad Əhmədzadə Əlisoltan oğludur.