Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi “Ayaqqabıların satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Create İndustry” MMC olub.
Şirkətlə 162 557 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 1 900 cüt minaaxtaran üçün uzunboğaz çəkmə, 500 cüt uzunboğaz rezin çəkmə və 580 cüt sürücü, mühafizəçi və inzibati heyət (təsərrüfat mütəxəssisi, anbardar, bağban, elektrik, texnik, fəhlə, qazanxana operatoru) üçün ayaqqabı adi satın alınacaq.