Sabunçu Tibb Mərkəzi "Tibbi və qeyri-tibbi avadanlıqların alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Sar Medİcal" MMC olub. Şirkətlə 17 min 966 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun 14 min 880 manat dəyərindəki “Sair torpaq tikili və avadanlıqların satınalınması” (04.11.2022) və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının 3 min 598 manat dəyərindəki “Tibbi və qeyri-tibbi inventarların satın alınması” (12.10.2022) tenderlərini qazanıb.