Siyəzən Rayonu İcra Hakimiyyəti Başçısının Siyəzən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi " Yolların əsaslı təmiri”, “Mənzillərin giriş bloklarının qapılarının dəyişdirilməsi” və “Yolların əsaslı təmiri işlərinin satın alınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi "Viktory Construction Group" MMC olub. Şirkətlə bu tender üzrə 137 min 800 manat dəyərində müqavilə imzalanıb.
İkinci tenderin qalibi "Avtoyoltikintiservis" şirkəti olub. Həmin şirkətlə 20 min 738 manat dəyərində müqvailə imzalanıb.
Üçüncü tenderin qalibi "R.V. Yol İnşaat" MMC olub. Həmin şirkətlə 46 min 581 manat məbləğində müqavilə imzalanıb.
Hər 3 tenderin ümumi dəyəri isə 205 min 119 manatdır.