"Azərbaycan Dəmir Yolları" QSC İKT məhsullarının satın alınması ilə əlaqədar tender elan edir.
Bakıda böyük tikinti işləri tenderi elan edildi - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.
İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).
Hesab nömrələri:
AZ57İBAZ38050019449345061205 (AZN);
AZ47İBAZ38150018409345061205 (USD);
AZ27IBAZ38150019789345061205 (EUR);
AZ64İBAZ38150018109345061205 (RUR).
VÖEN: 9900007721
Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı
Kodu: 805711
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. Code: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 06 sentyabr 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:
- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əməkhaqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;
- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;
- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;
- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.
Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:
- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).
Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 12 sentyabr 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat Departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqələndirici şəxs: Ramilə İsayeva, Satınalma şöbəsinin mütəxəssisi.
Telefon nömrəsi: +994 12 499-74-50, 499-73-54 ; e-mail: [email protected]
Tender təklifləri 13 sentyabr 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.
Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.
Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər