"Təmiz Şəhər" ASC Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bərk məişət tullantılarının yükləmə-boşaltma məntəqəsi və çeşidləmə xəttinin tikinti-quraşdırma işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edir.
Müdafiə Nazirliyi avadanlıqlar alır - BÖYÜK TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 1 500 manatdır.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bərk məişət tullantılarının yükləmə-boşaltma məntəqəsi və çeşidləmə xəttinin tikinti-quraşdırma işlərinin satın alınması. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu "Təmiz Şəhər" ASC Bakı şəhəri, Xocalı prospekti, 55 ünvanında yerləşən ofisindən əldə edə bilərlər. Əlaqələndirici şəxs - Tural Qüdrətov, telefon 012 - 464 41 11.
Benefisiarın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Hesab nömrəsi: AZ07CTRE00000000000004587901
SWIFT: CTREAZ22
VÖEN: 1401555071
Kod: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Xəzinə hesab kitabın (XHK) nömrəsi: 4587901
Fond: 7 İqtisadi təsnifat kodu: 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
* tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
* tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
* iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
* iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
* iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin notarial qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
* satınalma müqaviləsinin icrasını təmin etmək üçün zəruri təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- iddiaçının son 3 (üç) il ərzində analoji müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
* texniki imkanlar barədə məlumat;
* icra edilmiş müqavilələrin surətləri;
* görülmüş işlərin təhvil-təslim aktları;
* tövsiyə məktubları;
* öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması;
* müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması;
* satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
* müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması;
* tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
* müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar (konkret subpodratçının adı göstərilməklə) barədə satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər;
* iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərindən hansına aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21.09.2022 -ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29.09.2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Xocalı pr., 55, AZ1025 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 30.09.2022-ci il saat 16:00-da Bakı şəhəri, Xocalı pr., 55, AZ1025 ünvanında otaq № 1 (iclas otağı)-də aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.