Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin və onun tabeliyində olan ərazi idarələrinin maliyyə hesabatlarının (01.01.2023-cü il tarixindən 31.12.2023-cü il tarixinədək olan dövr üzrə) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1307418611
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri H.Cavid pr. 135
Ehtimal olunan qiymət: 102 500 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 02.04.2024 19:16
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.04.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 26.04.2024 15:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Şahin Ömərov, Şöbə müdiri
Email : [email protected]
Əlaqə telefonu : 0125108430