"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi (VÖEN – 1300050781) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti DSMF və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 310 min 548 manat təşkil edir.
Müsabiqə 11 dekabr 2025-ci il, saat 15:57-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 7 yanvar 2026-cı il, saat 12:00, zərflərin açılışı isə həmin tarixdə, saat 12:00-da keçiriləcək.
İştirak haqqı 350 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Zahir Əliyev - Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri
[email protected]
+994 50 688 00 84
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 7 yanvar 2026-cı il, saat 12:00-a qədər Həsən bəy Zərdabi 80 ünvanına təqdim edə bilərlər.











