“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə hesabatlarının audit xidmətinin satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma üzrə qalib “Hesabat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 3 min 100 manat məbləğində müqavilə imzalanıb. Ehtimal olunan qiymət isə 13 min 989,58 manat idi.
Satınalma Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun şəkildə hazırlanmış maliyyə hesabatlarının audit xidmətini əhatə edir.
31 dekabr 2024-cü il tarixdə başa çatmış il üçün Maliyyə vəziyyəti haqqında hesabatı; 31 dekabr 2024-cü il tarixdə başa çatmış il üçün Məcmu gəlirlər haqqında hesabat; 31 dekabr 2024-cü tarixdə başa çatmış il üçün Kapitalda dəyişikliklər haqqında hesabat;
1. 31 dekabr 2024-cü il tarixdə başa çatmış il üçün Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
2. Mühüm uçot siyasətləri;Maliyyə hesabatlarına dair izahlı qeydlər
3. 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə audit zamanı müşahidə edilmiş məsələlərlə bağlı tövsiyələr məktubu 31 dekabr 2024-cü il tarixdə başa çatmış il üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun auditin keçirilməsi və rəyinin verilməsi.











