Bakı Sağlamlıq Mərkəzi “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Azəri Med" QSColub. Şirkətlə 9 milyon 791 min 230 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 397 min 682 manat dəyərindəki “Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması” (14.10.2022) tenderini qazanıb.