“Azərişıq” ASC “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Cəlilabad rayonu Buravar, Şatırlı kəndləri , Neftçala rayonu Mürsəlqulu kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “İntegras” MMC olub. Şirkətlə 2 milyon 976 min 856 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 616 min 053 manat dəyərindəki “Xəzər rayonu, Zirə qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun elektrik enerjisi ilə təchiz olunması işlərinin satın alınması” (22.11.2022) tenderini qazanıb.