Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və abadlıq işlərinin satın alınması məqsədilə keçirdiyi açıq tenderin nəticələrini elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Bakımexanizasiyanəqliyyat" Açıq Səhmdar Cəmiyyəti (VÖEN – 1600019761) seçilib.
Qalib şirkətlə 9 017 159 manat məbləğində satınalma müqaviləsi imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 9 793 019 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl qurumun 20 oktyabr 2025-ci il tarixində elan etdiyi və respublikanın bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərini nəzərdə tutan 7 671 106 manatlıq tenderin də qalibi olub.











