Saatlı Rayon İcra Hakimiyyəti “Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Harmony İndustrial Construction And Engineering Group" MMC olub. Şirkətlə 348 min 243.71 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl T.İsmayılov Adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun 7 min 335 manat “Digər kommunal işlər” tenderi üzrə müqavilə bağlanılıb (09.12.2022) .