Dövlət Vergi Xidməti əmlak icarəsi üçün müqavilə imzalayıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən daşınmaz əmlakın icarəsi üzrə satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi fiziki şəxs Bayramov Rəhim Məhəmməd oğlu olub. Müqavilənin dəyəri 7 680 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə baş tutub.
Qeyd edək ki, Rəhim Bayramov Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi ilə uzunmüddətli əməkdaşlıq edir. O, daha əvvəl (14.02.2025) 7 680 manat və (15.10.2024) 1 746 manat dəyərində icarə müqavilələri imzalayıb.











