İnnovasiya və Təchizat Mərkəzi “"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş masaüstü kompyuter dəstlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu kompüter avadanlıqları alır - TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” QSC olub.
Qalib şirkətlə 7 599 790 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə görə 5 000 dəst masaüstü kompyuter dəsti satın alınacaq.