"İnnovasiyalar Mərkəzi" MMC (VÖEN – 1502467501) müxtəlif mərkəzlər üzrə gündəlik təmizlik xidmətlərinin satın alınması məqsədilə 5 fərqli açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan edilən müsabiqələrin ümumi ehtimal olunan qiyməti 734 006 manat təşkil edir. Tenderlərin detalları aşağıdakı kimidir:
-
1 saylı Bakı “ASAN Kommunal” mərkəzi və avtodayanacağın təmizliyi: Ehtimal olunan qiymət 234 013 manat, iştirak haqqı 350 manat.
-
3 saylı Bakı “ASAN Kommunal” mərkəzinin təmizliyi: Ehtimal olunan qiymət 151 669 manat, iştirak haqqı 250 manat.
-
“İnnovasiyalar Mərkəzi” MMC-nin gündəlik təmizliyi: Ehtimal olunan qiymət 121 392 manat, iştirak haqqı 250 manat.
-
2 saylı Bakı “ASAN Kommunal” mərkəzinin təmizliyi: Ehtimal olunan qiymət 119 821 manat, iştirak haqqı 250 manat.
-
ASAN Radio ofislərinin təmizliyi: Ehtimal olunan qiymət 107 111 manat, iştirak haqqı 250 manat.
Bütün müsabiqələr üzrə təkliflərin son təqdim olunma vaxtı 20 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək. İstifadə haqqı hər bir tender üçün 25 manat, tələb olunan iddiaçıların sayı isə 3 müəyyən edilib.
Əlaqələndirici şəxs: Orxan Abıyev - Satınalmaların təşkili və təchizat departamentinin müdiri
[email protected]
+994 12 444 74 33 (2669)
İddiaçılar təkliflərini 20 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 36 ünvanına təqdim edə bilərlər.












